Türkiyədə ağır yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə Yozqat vilayətində qeydə alınıb.
Məlumata əsasən, şərnişin avtobusunun dərəyə aşması nəticəsində 12 nəfər ölüb, daha 19 nəfər isə yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalar aparılır.