Türkiyədə bələdiyyə sədri saxlanıldıbackend

Türkiyədə bələdiyyə sədri saxlanıldı

Hakkari bələdiyyə başqanı Mehmet Sıddıq Akış vəzifəsindən uzaqlaşdırılaraq saxlanılıb. Onun haqqında PKK ilə əlaqəsi ilə bağlı istintaq aparılır. Qeyd edək ki, o, Türkiyədə 2024-cü ilin mart ayında keçirilən bələdiyyə seçkilərində qalib olub.

KONKRET.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. İnformasiyaya görə, bələdiyyə sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Hakkari vilayətinin valisi icra edəcək.

Həbs iyunun 2-də axşam saatlarında Daxili İşlər Nazirliyinin əmri ilə həmin rayonun Van şəhərində həyata keçirilib. Hakkari Şəhər İcra Hakimiyyətində axtarışlar aparılıb. Polis Akışın təmsil etdiyi kürd yönümlü DEM partiyasının fəallarına 10 gün ərzində küçə etirazları keçirməyi qadağan edib.

Kürdpərəst partiyadan olan bələdiyyə sədri silahlı terror təşkilatına üzv olmaq və onun təbliğatında, terrorçulara yardım etməkdə və qəsbdə ittiham olunur. Onun barəsində əvvəllər yerli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və ona Hakkari Cinayət Məhkəməsində baxılır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*