Türkiyədə bu gün koronavirusdan 15 nəfər öldübackend

Türkiyədə bu gün koronavirusdan 15 nəfər öldü

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

KONKRET.az– ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 48309 şübhəli koronavirus testindən keçib, onlardan 1356-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1413 xəstə sağalıb.

Türkiyədə indiyədək 197 239 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5097 nəfər ölüb, 170 595 nəfər isə müalicə olunaraq sağalıb.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*