Türkiyədə daha bir sənaye nəhəngi iflas etdi – Yüzlərlə işçi işsiz qaldıbackend

Türkiyədə daha bir sənaye nəhəngi iflas etdi - Yüzlərlə işçi işsiz qaldı

Türkiyənin Kırklareli şəhərində yerləşən məşhur tekstil şirkəti “Fabrilla” Tekstil rəsmi olaraq iflas edib.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, uzun müddətdir iqtisadi çətinliklərlə mübarizə aparan şirkət borclarını ödəyə bilmədiyi üçün etdiyi müraciəti məhkəmə tərəfindən rədd edilib. Nəticədə yüzlərlə əməkdaş işsiz qalıb.

Kırklareli 3-cü Mülki Asliye Məhkəməsi tərəfindən verilən qərara əsasən, şirkətin bütün müvəqqəti möhlət və müdafiə tədbirləri ləğv olunub. 5 maydan etibarən “Fabrilla” Tekstil rəsmi olaraq müflis elan edilib.

Məhkəmənin açıqlamasında qeyd olunub ki, iflas proseduru sadə ləğvetmə üsulu ilə həyata keçiriləcək. Beləliklə, şirkətin bütün istehsal və kommersiya fəaliyyəti dayandırılıb. İflas prosesi Kırklareli İcra Müdirliyi tərəfindən izləniləcək və idarə olunacaq.

Qlobal iqtisadi böhranın yaratdığı təsirlər, Türkiyənin sənaye sektoruna da ciddi zərbələr vurmaqda davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*