Türkiyədə dənizdən su götürən amfibiya təyyarə qəzadan son anda xilas oldu – ŞOK VİDEObackend

Türkiyədə dənizdən su götürən amfibiya təyyarə qəzadan son anda xilas oldu – ŞOK VİDEO

Türkiyənin Muğla bölgəsində çıxan meşə yanğınlarını söndürmək üçün istifadə olunan amfibiya təyyarə dənizdə yaxta ilə toqquşmaqdan son anda xilas olub.

KONKRET.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yanğını söndürmək üçün dənizə enən təyyarənin yaxta ilə toqquşmadan son anda xilas olduğu görülür. Yerli idarəetmə orqanları tərəfindən dəfələrlə sakinlərə dənizə çıxmamaları ilə bağlı xəbərdarlığa qulaq asmayan yaxtadakı şəxslər isə qorxulu anlar yaşayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*