Türkiyədə erməni kilsəsi satılırbackend

Türkiyədə erməni kilsəsi satılır

Türkiyənin Sivas vilayətində erməni kilsəsi satışa çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Ermenihaber” nəşri məlumat yayıb.

Bildirilir ki, kilsə Hatice Akai adlı qadının mülkiyyətindədir və qadın onu satmaq qərarına gələrək daşınmaz əmlak agentliyi ilə əlaqə saxlayıb.

Əmlak agenti Türkiyənin DHA xəbər agentliyinə bildirib ki, kilsənin satışına heç bir maneə yoxdur.

“Mülkiyyət sənədi var və satışına heç bir maneə yoxdur. Kilsə 1-ci kateqoriya mühafizə olunan ərazidir və mühafizə altındadır. Bu gün biz onu satışa çıxarmışıq. Bunun üçün 16 milyon lirə (təxminən 500 min ABŞ dolları) istənilir”.

Qeyd edək ki, kilsə 19-cu əsrdə tikilmişdir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*