Türkiyədə gəmiqayırma zavodunda partlayış: Ölən var – VİDEObackend

Türkiyədə gəmiqayırma zavodunda partlayış: Ölən var - VİDEO

İstanbulun Tuzla rayonunda gəmiqayırma zavodunda partlayış baş verib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Partlayış yerli vaxtla saat 10:30 radələrində baş verib.

Belə ki, iki işçi gəminin tullantı anbarına daxil olub. Anbarda qazın sıxılması nəticəsində partlayış baş verib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları gəlib.

Məlum olub ki, partlayışda bir işçi həlak olub, digəri isə yüngül xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*