Türkiyə hüquq-mühafizə orqanları ölkədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, “Gürz-34” adlı əməliyyat 12 gün ərzində ölkənin 57 bölgəsini əhatə edib.
İŞİD-ə üzvlük, terroru maliyyələşdirmə və qeyri-qanuni birliklərlə əlaqələrdə şübhəli bilinən 536 nəfər saxlanılıb.