Türkiyədə güclü partlayış: Yaralananlar var – VİDEObackend

Türkiyədə güclü partlayış: Yaralananlar var - VİDEO

Türkiyənin qərbində, Mərmərə dənizində yerləşən Derince limanındakı taxıl anbarlarından birində partlayış baş verib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:40 radələrində İstanbulun şərqindəki Kocaeli vilayətində baş verib.

Partlayış yaxınlıqdakı Gölcük rayonunda hiss edilib.

Məlumata görə, partlayış gəmiyə taxıl yüklənərkən baş verib.

Kocaeli valisi Seddar Yavuz baş verən partlayışda 2-si ağır olmaqla 10 nəfərin yaralandığını açıqlayıb.

Şəhər meri təsdiqləyib ki, partlayış nəticəsində bir neçə lift zədələnib. Qeyd olunub ki, insident limanın fəaliyyətinə təsir göstərməyib.

Partlayışdan sonra tüstü buludları şəhərin müxtəlif yerlərindən görünür. Yanğınsöndürənlər və təcili yardım xidmətləri, həmçinin antiterror dəstələri hadisə yerinə cəlb olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*