Türkiyədə ictimai nəqliyyatla bağlı YENİ QADAĞAbackend

Türkiyədə ictimai nəqliyyatla bağlı YENİ QADAĞA

Türkiyədə koronavirusa yoluxma və ölüm sayında artım olduğundan bəzi məhdudiyyətlər tətbiq ediləcək.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra bəzi qərarları açıqlayıb. Belə ki, ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına icazə verilməyəcək.

“Biz Covid-19-a yoluxma sayında artım müşahidə edirik. Bu səbəbdən pandemiya əleyhinə tədbirləri gücləndirmək qərarına gəldik. Kafe və restoranlara daha ciddi nəzarət olunacaq. Heç bir halda ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına icazə verilməyəcək”, – deyə Ərdoğan qeyd edib.

Bundan başqa, bildirilib ki, maska və sosial məsafə qaydalarına riayət etməyən vətəndaşlar mütləq qaydada cərimələnəcəklər. qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*