Türkiyədə İŞİD lideri həbs edildibackend

Türkiyədə İŞİD lideri həbs edildi

Türkiyə xüsusi xidmət orqanları İŞİD terror təşkilatının liderlərindən birini saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb

Bildirilib ki, əməliyyat ölkənin cənub-şərqindəki Qaziantep şəhərində keçirilib.

Agentliyin məlumatına görə, saxlanılan şəxs Suriyanın şimalındakı Rakka şəhərində “İŞİD təhlükəsizlik xidməti”nə rəhbərlik edib, o, özünü həm də “Nineviya qubernatoru” (İraqın şimalındakı rayon) adlandırıb. Saxlanılan şəxsin milliyyəti barədə məlumat verilmir.

Məhkəmənin qərarı ilə o, həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*