Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanıldıbackend

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanıldı

Türkiyədə son iki həftə ərzində İŞİD-in üzvü ehtimal olunan 153 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, şübhəlilər ölkənin 28 vilayətində, o cümlədən İstanbul, İzmir, Antalya və Bursa kimi böyük şəhərlərdə genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində saxlanılıblar.

“Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirak etməkdə, onunla əlaqəli saxta humanitar qurumları maliyyələşdirməkdə və sosial şəbəkələrdə terror təbliğatı yaymaqda şübhəli bilinir”, – A.Yerlikaya qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*