Türkiyədə koronavirusla bağlı son vəziyyətbackend

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son 24 saat ərzində 223 846 nəfərin COVID-19 testi yoxlanıb.

KONKRET.az-ın məlumatına görə, “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 5955 nəfər təşkil edib.

84 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 211 022 nəfərə çatdığı bildirilib. Onlardan 4186 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 886 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*