Türkiyədə meşələrin yandırılması təlimatını verən terrorçu məhv edildibackend

Türkiyədə meşələrin yandırılması təlimatını verən terrorçu məhv edildi

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının rəhbər şəxslərindən biri olan Özgür Alparslan məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, o, 2021-ci ildə Türkiyənin Antalya əyalətinin Manavgaq rayonunda, Muğla, Mersin və Hatayda 150 min hektardan çox ərazidə meşə yanğınlarının törədilməsi ilə bağlı təlimatlar verib. PKK-nın Türkiyə üzrə “başçısı” sayılan, “Özgür Şoreş” kod adlı Özgür Alparslan bu kimi cinayətləri törətmək üçün “atəşin uşaqları” qruplaşmasını da yaradıbmış.

Məlumata görə, MİT İraqın şimalında yerləşən Garada keçirdiyi antiterror əməliyyatı nəticəsində onu zərərsizləşdirib.

O, beynəlxalq axtarışda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*