Türkiyədə məşhur kurort BAĞLANDI – İnsanlar təxliyə edildibackend

Türkiyədə məşhur kurort BAĞLANDI - İnsanlar təxliyə edildi

Türkiyənin məşhur Şilə çimərliyi onlarla partlamamış hərbi sursat tapıldığı üçün bağlanıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, sursatları Sofular çimərliyində istirahət edənlərdən biri görüb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Polis ərazidən insanları təxliyə edib.

Dalğıclar çimərlikdə ən azı 28 mərmi aşkar ediblər.

Hərbi Dəniz Qüvvələrinin SAS Qrup Komandanlığı tərəfindən aparılan yoxlama nəticəsində hərbi sursatın top mərmiləri olduğu müəyyən edilib.

Aşkar edilmiş mərmilər avqustun 2-də zərərsizləşdiriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*