Türkiyədə planlaşdırılan 16 terror aktının qarşısı alınıbbackend

Türkiyədə planlaşdırılan 16 terror aktının qarşısı alınıb

Mart ayı ərzində Türkiyə ərazisində 86 terrorçu zərərsizləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı bildirib.

Nazir müavini deyib ki, ötən ay terrorçulara kömək göstərməkdə şübhəli bilinən 3059 nəfər saxlanılıb. Onlardan 361-i həbs edilib.

Türkiyədə ötən ay partlayıcı maddə birləşdirilmiş dronla törədilməsi planlaşdırılan 16 terror aktının qarşısı alınıb.

Bundan əlavə, ölkə üzrə narkotik maddələrin dövriyyəsinin qarşısının alınması məqsədilə martın 29-dan aprelin 5-dək keçirilən əməliyyatlar zamanı 5224 nəfər saxlanılıb.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*