Türkiyədə seçkilərdə qan töküldü: Ölən və yaralananlar varbackend

Türkiyədə seçkilərdə qan töküldü: Ölən və yaralananlar var

Bu gün Türkiyədə növbəti parlament seçkiləri keçirilir. Səsvermə prosesi Bakı vaxtı ilə axşam 20:00-a kimi davam edəcək. 

KONKRET.az xəbər verir ki, qardaş ölkədə baş tutan seçkilər insidentsiz ötüşməyib. Səhər saatlarında Diyarbəkirin Ağclıdərə məhəlləsində qanlı toqquşma baş verib. Namizədlərin tərəfdarları bir-biirlərinə daş və dəyənəklərlə hücum ediblər. Sonra isə silahlar işə düşüb. Silahlı qarşıdurma nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. “Sözcü” qəzetinin yazdığına görə, yaralılardan bir neçəsinin vəziyyəti ağıdır.

Həmçinin hadisə yerinə gələn təcili yardım maşınları da hücuma məruz qalıb. Yeli səhiyyə qurumuna məxsus olan iki təcili yardım maşına yararsız hala salınıb.

Hazırda polis və jandarma qüvvələri hadisə yerindədir. Xüsusi təyinatlı qüvvələr şəhərdə nəzarəti gücləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*