Türkiyədə seçkilərin ilkin nəticələri – YENİLƏNİRbackend

Türkiyədə seçkilərin ilkin nəticələri - YENİLƏNİR

Türkiyədə ölkə üzrə bülletenlərin 51 faizdən çoxu sayılıb.

KONKRET.az xəbər verir ki, ilkin nəticələrə görə, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) öndə gedir.

Partiyalar üzrə nəticələr aşağıdakı kimidir:

Ədalət və İnkişaf Partiyası (AKP) – 36.85 faiz

Cümhuriyyət Xalq Partiyası (CHP) – 37.89 faiz

DEM partiya – 5.87 faiz

Yenidən Rifah Partiyası – 5.28 faiz

İYİ partiya – 3.31 faiz

Milliyətçi Hərəkat Partiyası (MHP) – 3.77 faiz

Digər partiyalar – 6.89 faiz

21:37

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə ilk nəticələr açıqlanıb.

KONKRET.az xəbər verir ki, seçki qutularının 19,05%-i açılıb.

Nəticələrə əsasən, Cumhuriyyət Xalq Partiyası (CHP) 38,71% səslə irəlidədir.

Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 38,32% səslə 2-ci, DEM Partiyası isə 5,15% ilə 3-cü yerdədir.

20:48

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı qadağalar aradan qaldırılıb.

KONKRET.az xəbər verir ki, hazırda ölkə üzrə bülletenlərin 11.32 faizi sayılıb.

İlkin nəticələrə görə, hakim Ədalət və İnkişaf partiyası ölkə üzrə 38.82, Cümhuriyyət Xalq Partiyası 34.04 , Milliyətçi Hərəkat Partiyası 3.96, DEM partiya 6.26, İYİ partiya 4.21, Yenidən Rifah Partiyası isə 5.43 faiz səs toplayıb.

Seçici aktivliyi 75.17 faiz olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*