Türkiyədə taksi sürücüləri ruslara etiraz edir – FOTObackend

Türkiyədə taksi sürücüləri ruslara etiraz edir - FOTO

Türkiyənin Alanya kurortunun taksi sürücüləri Ukrayna və Rusiyadan olan qanunsuz həmkarlarından narazılıqlarını bildiriblər.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Sürücülər Palatasının sədri Əli Akkaya bildirib.

Onun fikrincə, bütün qanunsuz sürücülər öz ölkələrindəki səfərbərlikdən qaçaraq Türkiyəyə gəlib və pul qazanmağa qərar veriblər. Onlar müştəriləri axtarmaq üçün məşhur yerlərdə QR kodları, öz avtomobillərində isə taksi yerləşdirirlər.

“Bizə almanlar, finlər, irlandlar gəldi, amma onlar tərəfdən belə bir şey görmədik. Bu sürücülərin ucbatından həmkarlarımız itkilər verməyə başlayıb”, – deyə o bildirib.

Sürücülər Palatasının sədri qeyd edib ki, polis vaxtaşırı həbslər aparır, lakin hüquq-mühafizə orqanları əməkdaşlarının rus dilini bilməməsi hər şeyi çətinləşdirir:

“Dövlətimiz bu insanlara qucaq açıb, amma qonaqpərvərlik müəyyən bir nöqtəyə qədər olur. Dövlətimiz və ictimaiyyət buna yol verməməlidir. Onlar ölkəmizdə qanuni yollarla öz peşələrini icra etməyə çalışan taksi sürücülərinin hüquqlarını qəsb edirlər.

Akkaya genişmiqyaslı reyd keçirməyi və buna yerli hava limanından başlamağı təklif edir.

O əlavə edib ki, oxşar vəziyyət kosmetologiya, kulinariya, bərbərlik və digər biznes növlərində də müşahidə olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*