Türkiyənin Tunceli şəhəri ətrafında PKK terror təşkilatına aid sığınacaqlara basqın təşkil edilib.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tuncelinin Mazgirt ilçəsində Jandarm qüvvələri əməliyyat keçirib.
Əməliyyatda sığınacaqlar tam məhv edilib. O cümlədən 2 əl bombası, 150 metrlik elektrik kabeli, 40 kiloqram amonium-nitrat, 10 kiloqram partlayıcı maddə və yaşayış üçün lazım olan ləvazimatlar sıradan çıxarılıb. Hazırda araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam edir.