Türkiyədə yaşayan qızını görmək istəyən qadın CƏRİMƏLƏNDİbackend

Türkiyədə yaşayan qızını görmək istəyən qadın CƏRİMƏLƏNDİ

Qanunsuz yolla Gürcüstana keçmək istəyən Şabran rayon sakini Gül Əkbərova Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az APA -ya istinadən, saxlanılan şəxs Balakən rayonunun Poştbinə kəndi ərazisindəki çayı keçərək Gürcüstan istiqamətində irəliləyib.

Sərhədçilər tərəfindən saxlanıldıqdan sonra Gül Əkbərova barəsində Cinayət Məcəlləsinin 29 318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs məhkədə verdiyi ifadəsində Türkiyəyə gedib, orada yaşayan qızını görmək üçün sərhədi pozduğunu deyib:

“14 yaşlı qızım atası ilə birgə Türkiyədə yaşayır. Təyyarə ilə getməyə imkanım olmadığı üçün, quru sərhədlər bağlanandan bu günə qədər qızımı görməmişəm. Əvvəl Gürcüstana, oradan da Türkiyəyə getmək istəyirdim. Meşənin içərisinə girib təxmini istiqamət götürdüm, Gürcüstan sərhədinə doğru getdim. Meşədə bir qədər gedəndən sonra sərhəd çəpəri vardı. Onu aşıb Gürcüstana keçə biləcəyimi düşündüm. Bu zaman “Dayan!” qışqırığını eşidib dayandım…”

Səbail Rayon Məhkəməsinin qərarı ilə Gül Əkbərova verilmiş ittihamla təqsirli bilinərək, 750 manat cərimə cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*