Türkiyədə yaşayış vergisi TƏTBİQ EDİLƏCƏKbackend

Türkiyədə yaşayış vergisi TƏTBİQ EDİLƏCƏK

Türkiyədə yanvarın 1-dən otellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, düşərgələrdə və digər yaşama obyektlərində turistlərə 2 faizlik vergi tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Resmi gazete” məlumat yayıb.

Qeyd olunub ki, Yataqxana, pansionat və düşərgələrdə yaşayan tələbələr, həmçinin Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və diplomatik statusu olan beynəlxalq təşkilatların nümayəndələri vergidən azad olunacaqlar.

Məlumata görə, Türkiyə turizm sənayesinin nümayəndələri daha əvvəl bu verginin tətbiqinə qarşı çıxıblar.

Onlar qeyd ediblər ki, bu, ölkənin rəqabət qabiliyyətini zəiflədə bilər.

Qeyd edək ki, yaşayış vergisinin tətbiqi ilə bağlı qərar Türkiyə hökuməti tərəfindən 2019-cu ildə verilib, lakin koronavirus pandemiyası səbəbindən bu qərarın icrasını təxirə salıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, cari ilin sonuna qədər respublika 51,5 milyon turist və 46 milyard dollar turizm gəliri gözləyir. Türkiyə gələn il 60 milyon turist qəbul edəcəyinə ümid edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*