“Ankarada yeni kabinetlə bağlı müzakirələr və mübahisələr pik həddə çatıb”.
KONKRET.az xəbər verir ki, bu barədə bəzi türkiyəli politoloqlar yazır. Onların iddiasına görə, vazkeçilməz sayılan Hulusi Akar, Mövlüt Çavuşoğlu və Süleyman Soylu Nazirlər Kabinetindən xaric edilə bilər. Bu isə o anlama gəlir ki, yeni kabinetdə yeni simalar olacaq.
Sürprizlərdən biri də Baş Qərargah rəisi Yaşar Gülər Müdafiə Nazirliyinə, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan vitse-prezident, İbrahim Kalın Xarici işlər naziri təyin edilməsi ola bilər.
Natiq Səlim,
KONKRET.az