Türkiyədəki “Akkuyu” AES gələn il istifadəyə veriləcəkbackend

Türkiyədəki “Akkuyu” AES gələn il istifadəyə veriləcək

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Təyyib Ərdoğan arasında görüş başa çatıb. Görüşdə bir sıra məsələlər müzakirə edilib, həmçinin regional əməkdaşlıq məsələlərinə toxunulub.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyədə inşa edilən “Akkuyu” AES-in gələn il istifadəyə verilməsi planlaşdırılır.

Bunu Vladimir Putin deyib: “Hər şey plan üzrə gedir, biz birinci bloku işə salacağıq. Əməkdaşlığımızı davam etdirmək üçün mümkün variantlar var”.

Vladimir Putin əlavə edib ki, Rusiya nüvə yanacağının ilk partiyasını “Akkuyu”ya çatdırdıqdan sonra Türkiyə beynəlxalq nüvə dövlətləri klubuna üzv olub. Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Ankara və Moskva ikinci AES-in planlarını müzakirə etməyə hazırdır. “Akkuyu” Türkiyənin ilk atom elektrik stansiyası kimi tarixə düşəcək, hər birinin gücü 1200 MVt təşkil edən dörd enerji blokundan ibarət olacaq. Layihəni tam şəkildə Rusiya tərəfi maliyyələşdirir. “Rosatom” dövlət korporasiyası layihədə 100% paya malikdir və layihənin dəyəri 20 milyard dollardır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*