Türkiyədən ÇƏTİN ƏMƏLİYYAT: Görün kimlər saxlanıldı…backend

Türkiyədən ÇƏTİN ƏMƏLİYYAT: Görün kimlər saxlanıldı...

Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşıb.

Nazirin bildirdiyinə görə, təqsirləndirilən şəxslər qrupu İŞİD-i maliyyələşdirmək üçün uydurma humanitar fondlardan istifadə edib və sosial şəbəkələrdə təşkilatın təbliğatını aparıblar.

Əməliyyat son iki həftə ərzində ölkənin bir sıra bölgələrində, o cümlədən Ankara, İstanbul, İzmir, Antalya, Qaziantep, Diyarbəkir, Kocaeli, Konya və 20-dən çox şəhərdə həyata keçirilib.

Axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən terror şəbəkəsinin fəaliyyəti ilə bağlı sənədlər və rəqəmsal materiallar götürülüb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*