Türkiyədən növbəti dəstək: Azərbaycanda həlak olanlar üçün cənazə namazı qıldılarbackend

Türkiyədən növbəti dəstək: Azərbaycanda həlak olanlar üçün cənazə namazı qıldılar

Türkiyənin Mersin şəhərində düşmənin xain hücumu zamanı həlak olanlar üçün qiyabi cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub.

KONKRET.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mersindəki Anadolu Gənclik Dərnəyinin üzvləri tərəfindən Muğdat Camesində təşkil olunmuş cənazə namazına rayon təşkilat rəhbərləri ilə yanaşı qeyri hökumət təşkilatlarının nümayəndələri və yerli sakinlər də qatılıb.

Din nümayəndəsi tərəfindən qılınan cənazə namazından sonra həlak olan Azərbaycan vətəndaşları üçün dualar oxunub. Dərnəyin adından çıxış edən Hasan Aslan, Sovet İttifaqı dağıldıqdan sonra Dağlıq Qarabağ probleminin münaqişəyə çevrildiyini, Ermənistan tərəfinin 1991-ci ildən bəri heç bir razılığa əməl etmədiyini, hətta 1992-ci ildə Xocalı soyqırımını törətdiklərini deyib: “Azərbaycanlıların öz torpaqlarında qətlə yetiriblər. Yüzlərlə azərbaycanlı qardaşlarımız qətlə yetirilib, minlərcə insan ev-eşiyindən didərgin düşüb, vətən həsrəti çəkib. 30 il əvvəl yaşanan bütün bu ağrılar hələ də təzədir. 30 ildir yaşananlara susan beynəlxalq ictimaiyyət yenə də ikili standartlar nümayiş etdirir”.

Ankarada da şəhidlərimiz üçün qiyabi cənazə namazı qılınıb, dualar oxunub. Anadolu Gənclər Dərnəyinin Ankara şöbə başkanı Ahmet Sanver çıxış edərək Ermənistanın günahsız azərbaycanlıları qətlə yetirdiyini deyib: “Qardaş və bacılarımızı uşaq demədən, qoca demədən şəhid edirlər. Bu xain hücumlar Ermənistanın sülh əxlaqından uzaq olduğunu, müharibə əxlaqından məhrum olduğunu göstərir. Qarabağ Azərbaycandır”.Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*