“Dünyada Türkiyə və Azərbaycana qarşı mübarizə aparırlar”.
KONKRET.az xəbər verir ki, bunu türkiyəli ekspert Yücel Karauz deyib.
O, İlham Əliyevin sitatını xatırladıb:
“İlham Əliyevin dediyi kimi, bir millətin 2 diasporu olmaz. Təhdidlərə qarşı birlikdə müharibə aparmalıyıq. Şuşa Bəyannaməsindən irəli gələn məsələləri həll etməliyik. Erməni “soyqırımı” ilə mübarizə aparmalıyıq. Bunun başında ABŞ və Fransa dayanır. Hətta Fransada bunu təkzib etmək cinayətdir. Hazırda Azərbaycan Dövlətinin aldığı tədbirlər önəmlidir. Bunları ictimaiyyətə çatdırmaq lazımdır. Burada müstəqil medianın üzərinə böyük yük düşür”.
Məlik,
KONKRET.az