Türkiyəli nazirdən İğdır-Naxçıvan qaz kəməri ilə bağlı AÇIQLAMAbackend

Türkiyəli nazirdən İğdır-Naxçıvan qaz kəməri ilə bağlı AÇIQLAMA

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi üzrə tenderin yaxın aylarda başa çatması gözlənilir.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

O bildirib ki, tenderdən dərhal sonra boruların istehsalı başlayacaq:

“Biz tikintini 12 ay ərzində başa çatdırmağı planlaşdırırıq. Bu, İğdırın strateji əhəmiyyətini artıracaq ən vacib layihələrdən biridir”.

Nazir əlavə edib ki, qaz kəmərinin yolunda yerləşən yaşayış məntəqələri də gələcəkdə bu layihədən qaz ala biləcək.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*