Türkiyənin Azərbaycanla sərhədində bəbir göründübackend

Türkiyənin Azərbaycanla sərhədində bəbir göründü

Türkiyənin Azərbaycan, habelə İran və Ermənistanla həmsərhəd olan İğdır əyalətində bəbir görünüb.

KONKRET.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir.

Təhlükəsizlik kameralarına əks olunan görüntüləri İğdırın bələdiyyə rəhbəri Mustafa Güzelkaya sosial şəbəkədə paylaşıb. Bu bəbirin təxminən bir ay əvvəl eyni bölgədə görülən heyvandan fərqli olduğu güman edilir.

Koç Universitetinin professoru Çağan Şekercioğlu bəbirin yayılma arealının İğdır əyaləti sərhədindən 15 kilometr uzaqlıqda bitdiyini deyib:

“Bəbir Azərbaycan, o cümlədən Naxçıvan, eləcə də Ermənistan, Gürcüstan və İranda müntəzəm olaraq görünür. Bölgədə bəbirlərin yayılmasını gözləyirdim”.

O bildirib ki, 2017-ci ildə hazırladığı “İğdır məməliləri” siyahısında bəbir də bölgədə gözlənilən növ olaraq yer alıb.

Qeyd edək ki, bir aylıq fasilədən sonra yenidən görünən bəbir dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*