Türkiyənin bu ərazilərində məktəblər bağlandıbackend

Türkiyənin bu ərazilərində məktəblər bağlandı

Türkiyənin Antalya şəhərinin 3 rayonunda təhsil 1 günlük dayandırılıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Antalyanın Manavqat, Serik və İbradı bölgələrində intensiv leysan yağışlarının yağmasıdır.

Vətəndaşlara daha çox zərər gəlməməsi üçün həmin ərazilərdə məktəblər 1 günlük bağlanılıb.

Belə ki, 2 gündür, fasilələrlə davam edən leysan səbəbiylə daşan dərələr şəhər mərkəzinə çatıb və daşqınlara səbəb olub.

Həmçinin, Antalyanın Finike və Kumluca ərazilərini də su basıb.

Qeyd edək ki, rəsmilər vətəndaşlara tez-tez evdə qalmaları barədə xəbərdarlıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*