“Türkiyənin bu günü bir neçə il sonrakı Azərbaycanın və Rusiyanın gələcəyidir” – ŞOK AÇIQLAMAbackend

“Türkiyənin bu günü bir neçə il sonrakı Azərbaycanın və Rusiyanın gələcəyidir” – ŞOK AÇIQLAMA

Türk lirəsinin son günlər kəskin dəyərsizləşməsi Azərbaycan üçün də dərs olmalıdır. Türkiyənin bu günü bir neçə ildən sonrakı post-neft Azərbaycanının və Rusiyanın gələcəyidir.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı alim Qubad İbadoğlu fikir səsləndirib. Onun sözlərinə görə,  heç kəsə sirr deyil ki, hazırda Azərbaycan manatı və rus rublunun sabitliyi yalnız neft-qaz gəlirlərinin sayəsində təmin olunur: “Bu gəlirlər azalan kimi həm Rusiyada və həm də Azərbaycanda çətin vəziyyət  başlayacaq. Təəssüf ki, büdcə xərclərini son 4 ildə 23,2 faiz artırıb, həmin dövr ərzində qeyri-neft sektorunun 4 dəfəyədək az (6,2 faiz) artımına malik olan Azərbaycan, bu təhlükənin qarşısını almaq üçün lazım olanları etmir”.

Qubad İbadoğlu nə etmək istəyir? - Açıqlama » Sfera.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qubad İbadoğlu əlavə edib ki, Türkiyədə təhlükə hələ də sovuşmayıb. Xüsusilə də bu və gələn ay vəziyyət kritik olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*