Türkiyənin Maltadakı səfiri Erdeniz Şən vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Maltanın xarici işlər və turizm naziri İan Borq (Ian Borg) X hesabında yazıb.
Nazir bu hadisədən dərin kədər hissi keçirdiyini vurğulayıb:
“Onun diplomatik fəaliyyəti və ölkəsinə xidməti hörmətlə xatırlanacaq”.
XİN başçısı səfirin ailəsinə, həmkarlarına, Maltadakı Türkiyə səfirliyinə və Türkiyə xalqına başsağlığı verib.