Selahaddin Dəmirtaş aktiv siyasətdən getdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə vəkilləri vasitəsilə bəyanat yayıb.
Özünün açıqlamasında o vurğulayıb ki, “Kənd soveti kimi özfəaliyyət və diletant yanaşması ilə seçkiqabağı iş aparsan, uğur qazana bilməzsən”.
Qeyd edək ki, Dəmirtaş kürdəsilli türk siyasətçidir. O, solçu kürd yönümlü Xalqların Demokratik Partiyasının (HDP) liderlərindən biri olub və 2014-2018-ci illərdə Fiqen Yüksekdağla birlikdə çalışıb. O, hazırda 2016-cı ildən həbsdədir və Türkiyənin qərbindəki Ədirnə həbsxanasında saxlanılır. İndiyədək o, Türkiyənin siyasi həyatında baş verən siyasi hadisələrə sosial şəbəkələrdə (vəkillər və ya həyat yoldaşı vasitəsilə) fəal münasibət bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az