İtkin düşən turistin meyiti Türkiyənin cənubunda tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğu məlumat yayıb.
“Antalya vilayətinin Kəmər şəhər polisinin nümayəndəsi Rusiyanın Antalyadakı Baş Konsulluğunun əməkdaşı ilə telefon danışığında meşə sahəsində aparılan axtarışlar nəticəsində məlumatı təsdiqləyib. Kəmər şəhərində yanvarın 4-də yoxa çıxan 1983-cü il təvəllüdlü rusiyalı turistin meyiti tapılıb”, – deyə idarədən bildirilib.
Hazırda Rusiya vətəndaşının ölüm şəraiti aydınlaşdırılır, istintaq tədbirləri davam etdirilir.
Diplomatik nümayəndəliyin qeyd etdiyi kimi, qadının ölümü ilə bağlı daha ətraflı məlumat Rusiyanın Antalyadakı Baş Konsulluğunun sorğusuna Türkiyə tərəfindən rəsmi cavab alındıqdan sonra məlum olacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az