Türkiyə müxalifətinin rəhbəri Kamal Kılıçdaroğlu “Vaqner” PMC-ni Türkiyənin SADAT birləşmələri ilə müqayisə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Kılıçdaroğlu Tvitter hesabında paylaşım edib
O, Rusiyada baş verənlərin Türkiyə üçün dərs olacağına ümid etdiyini bildirib.
“Rusiyada baş verənlər, inşallah, bizə də dərs olar. Çünki rus “Vaqner”i Türkiyənin SADAT-ıdır. Bir daha bildirirəm ki, cəmiyyətə düşmən olan heç bir özəl hərbiləşdirilmiş strukturlara icazə verməyəcəyik”, – deyə Kılıçdaroğlu dünən “Twitter” səhifəsində yazıb.
Günel Mikayılova,
KONKRET.az