Türkiyənin dövlət qəzeti Əli Həsənovu “FETO”çu adlandırdıbackend

Türkiyənin dövlət qəzeti Əli Həsənovu "FETO"çu adlandırdı

Türkiyə dövlət qəzetində prezident İlham Əliyevin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çu olması barəsində material dərc olunub.

KONKRET.az xəbər verir ki, hazırlanan materialda Əli Həsənovun uzun müddətdir FETÖ-nun Azərbaycandakı ən vacib tərəfdaşlarından biri olduğu qeyd olunub. Bunun ən bariz nümunəsi kimi Azərbaycanda fəaliyyət göstərən “Xəzər” televiziyası ilə Həsənovun əlaqəsi göstərilir. Azərbaycanda əvvəlcədən “Samanyolu” televiziyasının Baki bürosu kimi fəaliyyət göstərən “Xəzər” tv bank ASYA krediti ilə yerli yayım kanalına çevrilmiş və 2013 dekabr hadisələrindən sonra Həsənovla ortaqlıq etməyə başlamışdır.

17-25 dekabr aralığında Bakını ziyarət edən FETÖ təmsilçisi Faruk Taban Əli Həsənovla görüşərək FETÖ kadrlarının kanalında fəaliyyətinin davam etdirilməsini təmin olunub. SAMAN yolu televiziyasının Türkiyədəki reklam departamenti rəhbəri Mehmet Özkundaqçının qardaşı Gökan Öztukdakçı idi və beləcə FETÖ “Xəzər” tv vasitəsilə Əli Həsənovla reklam gəlirlərinə də ortaq olmuş oldu- deyə əlavə olunub.

Yazıda o da qeyd olunur ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və ona bütün hallarda dəstəkdir.

 

Mənbə: http://m.turkiyegazetesi.com.tr/yazarlar/cem-kucuk/615305.aspx

Profesor üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*