backend

"Türkiyənin gələcək danışıqlar formatında iştirak etməsi vacibdir" - Brayza

Hesab edirəm ki, üç Qafqaz ölkəsinin, eləcə də Türkiyənin gələcək danışıqlar formatında iştirak etməsi vacibdir. Rusiyanın da bu məsələdə iştirak etməsinin lazım olduğunu düşünürəm.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.

“Məsələnin məğzi bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri olan ABŞ və Fransa, təəssüf ki, iyul ayında gedən şiddətli döyüşlərdən sonra “siyasi vakuum” yaratdılar. Türkiyə və Rusiya bu boşluğu hiss edirlər və gələcək danışıqlar prosesində iştirak etməlidirlər”, – Brayza bildirib.

Keçmiş səfir İranın danışıqlar prosesinə daxil edilməsi məsələsinə də toxunub:

“Bəli, bilirəm ki, İran da danışıqlar prosesinə qoşulmaq istəyir. Azərbaycanda səfir olduğum dövrdə İranın sabitliyi pozan hərəkətlər etməyə cəhd göstərdiyindən də xəbərdaram. Digər tərəfdən, İran əhalisinin ən azı dörddə birinin azərbaycanlı olduğunu nəzərə alaraq, İranın Azərbaycanda baş verən hadisələrdə güclü marağı olduğunu başa düşə bilərik”, – deyə Brayza bildirib.

  • Fətəliyev Rafael
    Yanvar 12, 2021 - 16:47

    İran heç vaxt müstəqil Azərbaycan dövlətini dəstək verməyib Ermənilri tərəfində olub fars -farsdır

Fətəliyev Rafael üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*