Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gələcəkbackend

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gələcək

“İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək”.

KONKRET.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur:

“İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*