Türkiyənin ilk mini peyki fəzaya buraxıldıbackend

Türkiyənin ilk mini peyki fəzaya buraxıldı

Türkiyənin ilk mini peyki – “Grizu-263A” Ankara vaxtı ilə saat 18:25-də ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan uğurla fəzaya buraxılıb.

KONKRET.az xəbər verir ki, ölçüləri baxımından cib peyki adlandırılan cihaz Türkiyənin Zonquldak vilayətinin Bülənt Əcəvit Universitetinin mühəndislik fakültəsi tələbələrindən ibarət kosmos komandası tərəfindən əsas rabitə ehtimallarının həyata keçirilməsi məqsədilə hazırlanıb. Peyk “Space X” şirkətinin “Falcon 9” raketi ilə orbitə göndərilib.

Peykin 525 kilometrə yaxın aşağı yer orbitində 4 il 8 ay xidmət göstərməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*