Türkiyənin növbəti peyki bu tarixdə kosmosa göndərilirbackend

Türkiyənin növbəti peyki bu tarixdə kosmosa göndərilir

Türkiyənin istehsalı tamamlanan “Türksat 5B” süni peyki bu ilin dekabr ayında kosmosa göndəriləcək.

KONKRET.az xəbər verir ki, “Türksat 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılacaq. Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və qonşu ölkələr də daxil olmaqla geniş əhatə dairəsində xidmət göstərəcək.

“Türksat 5B”nin manevr ömrünün 35 ildən çox olacağı ehtimal edilir. Peykin istismara verilməsi ilə “Trürksat A.Ş.”ə aid rabitə peyklərinin sayı beşə çatdırılacaq.

Qeyd edək ki, bununla Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*