Türkiyənin Suriyadakı əməliyyatı Pentaqonu NARAHAT EDİRbackend

Türkiyənin Suriyadakı əməliyyatı Pentaqonu NARAHAT EDİR

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi hava hücumları ABŞ hərbçilərinin təhlükəsizliyinə təhdid yaradır.

KONKRET.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib.

“Müdafiə Nazirliyi Suriyanın şimalında, İraqda və Türkiyədə vəziyyətin pisləşməsindən dərin narahatdır. Türkiyənin son hava hücumları İŞİD-i məğlub etmək üçün Suriyada yerli tərəfdaşlarla işləyən ABŞ hərbçilərinin təhlükəsizliyini birbaşa təhdid edir”, – general vurğulayıb.

O bildirib ki, Pentaqon Türkiyə və Suriyada mülki vətəndaşların həlak olmasını pisləyir və mülki infrastrukturun qəsdən hədəfə alınmasından narahatdır.

Qeyd edək ki, “Reuters” bu bəyanatın ABŞ-ın Türkiyənin Suriyadakı əməliyyatına bu günə qədər verdiyi ən sərt reaksiya olduğunu bildirib. PKK/YPG-nin bağlı olduğu Suriya Demokratik Qüvvələrinə dəstək verən ABŞ-ın Suriyanın şimalında 900-ə yaxın əsgəri var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*