Türkiyənin yeni ZAHA zirehli amfibiyası ordu arsenalına daxil edildibackend

Türkiyənin yeni ZAHA zirehli amfibiyası ordu arsenalına daxil edildi

Türkiyənin yeni istehsal etdiyi ZAHA zirehli amfibiya hücum vasitəsi ordunun arsenalına daxil edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, sözügedən texnika əsasən Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyacını qarşılayacaq.

Layihə çərçivəsində ümumilikdə 27 texnikanın istifadəyə verilməsi nəzərdə tutulur. Bunlardan 23-ü şəxsi heyət, 2-si komandanlıq, 2-si isə xilasedici vasitələrdən ibarət olacaq.

ZAHA-lar desant əməliyyatlarında həm qoşunların ünvana təhlükəsiz çatdırılmasını təmin edə bilər, həm də zirehli döyüş maşını kimi fəaliyyət göstərə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*