“Türkiyəyə hədə-qorxu” – Fransa, ABŞ və İngiltərə Kiprdə Ankaraya qarşı BİRLƏŞDİbackend

“Türkiyəyə hədə-qorxu” - Fransa, ABŞ və İngiltərə Kiprdə Ankaraya qarşı BİRLƏŞDİ

Yunanıstanın və yunanların Türkiyə qorxusu pik həddə çatıb. Odur ki,  Fransadan sonra ingilislər və amerikalılar da Kipr adasına axışaraq Ankaraya qarşı təxribat xarakterli addımlar atmağa cəhd göstərirlər.

KONKRET.az xəbər verir ki, ötən həftə Fransanın adaya gələn “Şarl de Qoll” adlı təyyarədaşıyan gəmisi yunanlarla birgə təlimlərə başlayıb.   Fransız təyyarələrinin dizel qoxusu hiss edilmədən öncə isə amerikalılar və ingilislər adaya gəliblər. Beləliklə adada keçirilən iki ayrı təlimdə amerikalıların helikopterlərini, İngilislərin isə reaktiv raketlərini uçuraraq öyünüblər. Yunanlar bu təlimlərin birbaşa “Türkiyəyə qarşı hədə-qorxu” olduğunu açıqlayıb.

İLK FRANSIZLAR GƏLİB

Fransızlar təlimin ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində təşkil edildiyini və Şərqi Aralıq dənizində sabitlik və təhlükəsizliyə töhfə vermək məqsədi daşıdığını açıqlayıb. Fransanın təyyarədaşıyan gəmisi adadan ayrıldıqdan dərhal sonra amerikalılar və ingilislər özlərini yetiriblər.  Belə ki, dekabrın 15-də Kiprdə ilk dəfə keçirilən “Afrodita Qalxanı” adlı təlimdə İngiltərə Hərbi Hava və Yunanıstan Milli Qvardiyasının hava hücumundan müdafiə Qüvvələri iştirak ediblər.

ABŞ təliminin məqsədi

Qeyd edək ki, fransız və ingilislərlə yanaşı adaya amerikalılar da gəlib və yunanlarla birgə təlim keçirilib. Məqsəd isə Kipr hərbçilərinə hava qüvvələrinin yerləşdirmə taktikalarını öyrətmək, hava əməliyyatlarının hazırlanması, planlaşdırılması və icrasında standartlaşdırma səviyyəsini yüksəltmək olduğu bildirilib.  “Yunanıstan Milli Qvardiya Ordusu”na məxsus obyektlərin hava hücumundan müdafiə və özünümüdafiə sistemləri ilə təchiz olunması, eləcə də onların müasir döyüş təyyarələrinə qarşı performansı real şəraitdə qiymətləndirməsi” taktikası öyrədilib” – deyə bəyanatlarda vurğulanıb.

‘QƏRAR MESAJI’

İngilislərin yunanlara hava hücumundan müdafiə təlimi keçdiyi gün dənizdə başqa bir təlim təşkil edilib. Bu dəfə amerikalılar Kipr yunanlarına axtarış-xilasetmə (SAR) mövzusunda təlim keçiblər. ABŞ Hərbi Dəniz Qüvvələri ilə Yunanıstan dəniz polisinin təşkil etdiyi birgə SAR Təlimində müxtəlif dəniz və hava platformalarından istifadə edilib. Larnakadakı “Birgə Xilasetmə Koordinasiya Mərkəzi”ndən idarə olunan təlimdə ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “MH-60S” və “MSC-28” helikopterləri, Yunanıstanın sürətli patrul gəmisi “BUEAS” və “AW-139” helikopteri iştirak edib.  Yunan mətbuatı təlimi “Adada Amerikanın mövcudluğu artır” başlığı ilə yayımlayıb:

“Kipr bu yaxınlarda ABŞ, Fransa və Böyük Britaniya kimi mühüm dövlətlərlə birgə təlimlər həyata keçirdi. ABŞ helikopterləri axtarış-xilasetmə təlimi çərçivəsində Kiprin hava səmasında uçdu. Bu, Türkiyəyə açıq-aşkar çəkindirici mesaj idi. Üstəlik, təlim ABŞ “F-22”lərinin Nikosiyaya dəstək məqsədilə Kipr üzərində uçmasından həftələr sonra reallaşdı” – deyə Yunan mediası təkəbbürlüyünü göstərib.

Təbii ki, NATO ölkəsi olan Türkiyəni bu cür təlimlərlə qorxutmaq mümkün deyil. Bunu Yunanıstanın siyasi rəhbərliyi də yaxşı anlayır. Lakin görünür yunanlar ABŞ, İngiltərə və Fransa ilə birgə təlimlərin Türkiyəni öz yolundan döndərəcəyinə ümid bəsləyirlər. Ankara isə onunla təhdid dilində danışan bütün qüvvələri məhv etməyə hazırdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*