Türkiyənin daha bir təyyarəsi qəzaya uğradı: ölən var – TƏCİLİbackend

Türkiyənin daha bir təyyarəsi qəzaya uğradı: ölən var – TƏCİLİ

Çanaqqaladan Xorvatiyaya texniki xidmət üçün yola düşən Türkiyəyə məxsus iki AT-802 tipli yanğınsöndürmə təyyarəsindən biri ilə əlaqə kəsilib.

KONKRET.az  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə əlverişsiz hava şəraiti səbəbindən baş verib.

Təyyarə Zaqreb istiqamətində uçarkən hava şəraitinin pisləşməsi ilə əlaqədar Rejika hava limanına geri dönmək istədiyi vaxt radarlardan itib.

Xorvatiyada aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qalıqları Senj şəhəri yaxınlığında tapılıb. Təəssüf ki, pilotun həlak olduğu da təsdiqlənib.

Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı hadisə ilə bağlı açıqlamasında deyib:

“Xorvatiyada radio əlaqəsinin kəsildiyi Meşəçilik Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəzada şəhid olan pilotumuza Allahdan rəhmət diləyirəm, ailəsinə və yaxınlarına səbir arzulayıram. Meşəçilik təşkilatımıza və millətimizə başsağlığı verirəm”.

Hadisə, Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğrayaraq 20 əsgərin həlak olması ilə bağlı xəbərin ardınca baş verib və bölgədə kədər havası daha da dərinləşib.

AT-802 təyyarəsinin texniki xüsusiyyətləri

Air Tractor AT-802 modeli əvvəlcə kənd təsərrüfatı məqsədləri üçün istehsal edilsə də, son illər meşə və çöl yanğınlarının söndürülməsi üçün geniş istifadə olunur.

 

Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub

Təyyarə 1350-1600 at gücünə malik Pratt & Whitney PT6A mühərriki ilə təchiz olunub və 3100 litrədək su və ya yanğına davamlı maddə daşıya bilir.

Bu tip təyyarələr, xüsusilə Fire Boss variantında amfibiya (suda qalxıb-enmə) imkanına sahibdir. Üzən eniş qurğusu sayəsində göl və dənizlərdən cəmi 20-30 saniyə ərzində su yığa bilir. Bu xüsusiyyət onu dünyanın ən çevik və effektiv yüngül yanğınsöndürmə təyyarələrindən biri edir.

AT-802 həmçinin dar vadilərdə yüksək manevr qabiliyyəti ilə fərqlənir və bu da onu iri yanğınsöndürmə təyyarələrinə nisbətən aşağı hündürlüklərdə daha dəqiq manevrlər üçün ideal vasitəyə çevirir.

Natiq Səlim

KONKRET.az

Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*