“Türklərdən pis qoxu gəlir” deyən Postancyan: “Ərik ölkəsinin yetirməsi mütləq cəzalandırılmalıdır” – ƏTRAFLIbackend

“Türklərdən pis qoxu gəlir” deyən Postancyan: “Ərik ölkəsinin yetirməsi mütləq cəzalandırılmalıdır” - ƏTRAFLI

“Ermənistanın “Erkir tsirani” (Ərik ölkəsi) partiyasının rəhbəri, eks deputat Zarui Postancyan yenidən radikal fikirləri ilə gündəmə gəlib. Məlumdur ki, Ermənistanda ksenofobiya və irqi ayrı-seçkilik ən yüksək səviyyədədir. Müstəqillik əldə etdikdən sonra monoetnik dövlət quran Ermənistanda digər xalqın nümayəndələrinə yuxarıdan aşağı baxmaqla yanaşı, faşizmə xas olan mövqe də nümayiş etdirilir. Müxalifəti təmsil edən Postancyan daha öncə Baş nazir Nikol Paşinyanı xain və satqın adlandırmış və onu Ermənistanın yarısını verməyə hazırlaşdığını bildirmişdi. Qeyd edək ki, hazırda Zaruhi Postancyanın adı 4 cinayət işində hallanır, bunlardan biri konkret olaraq baş nazir Nikol Paşinyanla bağlıdır”.

Bunu KONKRET.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov bildirib.

O qeyd edib ki, 5 avqust 2021-ci ildə gecə saat 3 radələrində İrəvanın Arabkir inzibati rayonunda “Ərik ölkəsi” partiyasının lideri Zaruhi Postancyanın ərinin “Mercedes” markalı avtomobilini yandırıblar. Partiya rəhbəri müxalif mövqeyini və daim hazırkı hakimiyyətin tənqid edilməsi ilə çıxış etdiyini nəzərə alaraq bunda sui-qəsd gördüyünü qeyd etmişdi.

Hakimiyyəti tənqid etməklə hər zaman Ermənistanda sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən Zaruhi Postancyanın sonuncu çıxışı heç bir hədd tanımır. O deyib: “Ermənistanda bu gün təkcə soydaşlarımız ermənilər deyil, qardaş xalqların nümayəndələri, həmçinin türklər yaşayırlar. Bu türklər də parlamentin binasında oturur, parlamentin zalına baş çəkirlər. Onlar qoxusundan tanınırlar. Onlardan düşmən iyi gəlir. Biz isə pis qoxunun kimdən gəldiyini bilirik. Təbii ki, türklərdən. Türklərlə birlikdə yaşayanların çoxu mənzillərindən nə qədər pis qoxunun gəldiyini bilir”.

İlyas Hüseynov deyib ki, Ermənistanda ksenofobiyanın müxtəlif təzahürləri mövcuddur və bu hal bütün sosial qatlarda müşahidə olunur:

“Ermənistanda dini, irqi, milli dözümsüzlük ən yüksək həddədir. Buna rəğmən, türklərə qarşı patololoji nifrət o səviyyəyə çatıb ki, artıq türklərdən üfunət iyi gəldiyi qənətinə gəlirlər. Ermənistanda partiya lideri olan xanım Postancyan hər kəsdə düşmən qoxusu axtarmaq əvəzinə qonşularla normal münasibətlər qurmağın yollarını axtarmalıdır. O, sivil dünyada bu cür aşağılayıcı ifadələrin qəbuledilməz olduğunun fərqində olmalıdır.

Zaruhi Postancyan növbəti dəfə milli mənsubiyyətindən doğan nasist xislətini göstərməklə Ermənistanda azərbaycanfobiya və türkfobiyanın geniş yayıldığını nümayiş etdirdi. Türklərə qarşı irqçi ifadələr işlədilməsi Azərbaycana və Türkiyəyə kifayət qədər geniş arqumentasiya verir ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunsun. Ermənistanda nifrət nitqi ilə bağlı növbəti dinləmələr məhz “Erkir tsirani” (Ərik ölkəsi) partiyasının rəhbəri, eks-deputat Zaruhi Postancyanın fikirləri haqqında keçirilə bilər.

Oxu.az - Erməni deputat nasist xislətini büruzə verdi: “Türklərdən pis qoxu gəlir”

Ermənistanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnaməyə qoşulmasına baxmayaraq, əslində biz qətnamənin müddəasının icrasını görmürük. Bu ölkədə Qaregin Njde kultu mövcuddur – bu şəxsə abidələr ucaldılır, küçələr onun adını daşıyır. Təəssüf ki, Ermənistanda ksenofobiyanın təzahür formaları nasizmin qəhrəmanlaşdırılması ilə müqayisədə daha genişdir. Ermənistan terrorçuların qəhrəmanlaşdırılmasını davam etdirir, eləcə də açıq antisemitizm nümayiş etdirir.

Bunun ən aydın göstəricisi beynəlxalq terrorçu Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı olmasıdır. 2021-ci ilin fevral ayında Holokost abidəsi təhqir edilib və təsadüfi deyil ki, İsrailin Diaspor İşləri üzrə Nazirliyinin 2021-ci ilə dair hesabatında Ermənistan antisemitizmin ən yüksək səviyyədə olduğu ölkə kimi göstərilib. Digər tərəfdən, 2021-ci ilin aprel ayında İrəvanda Mahatma Qandinin abidəsinə qarşı dəfələrlə vandalizm aktı törədilib və abidə yandırılıb. Bu, ksenofobiya probleminin Ermənistan cəmiyyətində nə qədər dərin yer tutduğundan xəbər verir”.

Siyasi analitik bu kontekstdə onu da əlavə edək ki, Osvensim (Auschwitz) düşərgə kompleksi 1940-cı ilin aprelində Polşada nasistlər tərəfindən yaradılıb və üç düşərgəni özündə birləşdirib: Auşvits-1, Auşvitz-2 (Birkenau) və Auşvits-3. İki il ərzində məhbusların sayı 13 mindən 16 minə qədər dəyişdi və 1942-ci ilə qədər 20 minə çatdı. 1.400.000-ə yaxın insanın ölümünə səbəb olan məhşur nasist Osvensim konsentrasiya düşərgəsində (Osvensim) əsirlərin yandırılması zamanı dözülməz üfunət qoxusu meydana gəlirdi. Almanlar məhbusların əlləri ilə krematorium tikir, lakin aramsız qışqırıqlar və dəhşətli qoxu Osvensimdə adi hala çevrilirdi. Görünür, ərik ölkəsinin yetirməsi olan partiya sədri hələ də Osvensim reallıqları ilə yaşayır və onun mütləq şəkildə cəzalandırılması həyata keçirilməlidir. Bu cür çağırışlar neofaşizmin Ermənistanda dərin təməllər üzərində dayandığının əyani təzahürüdür”.

Analitikin sözlərinə görə, Ermənistanda milli nifrət ideologiyasının əsaslı izlər buraxmasının fəlsəfəsinə nəzər salmaq lazımdır:

“Türklərə qarşı düşmənçilik ideologiyasının permanent xarakter alması artıq bir xəstəlik kimi ermənilərin şüuruna hopub. Qareqin Njde “Mənim kredom” əlyazmasındakı: “Türk ilə mübarizə aparmadan bir gün belə olmamalıdır” (Krasnodarda dərc olunan “Yerkramas” qəzetinin manşetində dərc olunur) fikirləri bu gün Ermənistanda milli ideologiya səviyyəsindədir. Bu fikirlər Adolf Hitlerin “Mayn kapf” əlyazmasında olan düşüncələrlə oxşarlıq təşkil edir. “Dənizdən dənizə Ermənistan” qurmaq xəyalı ilə radikal “Daşnaksütyun”, “Sasna Tsrer”, “Voma” kimi təşkilatlar ölkədəki gənclərin beyinlərini yuyur, diaspordan, Hayastan Fondundan, ANCA-dan və çoxsaylı kilsələrdən milyardlarla vəsait cəlb edir və ancaq destruktiv meyillərə, düşmənçiliyi təşviq etməyə xərcləyirlər.

Millətçilik və onun fəallaşması millətin tənəzzülünün əlamətidir, onun ideologiyasının böhranı, tənəzzülüdür. Monomillətçilik dünyada olan hər bir xalq üçün faciədir, onun bir xalq kimi gələcək inkişafına, dövlətçiliyinin formalaşmasına təsir göstərir. Praktikanın elmi nəzəriyyəni təsdiq etdiyi Ermənistanda isə bu amil erməni dövlətçiliyinin real deqradasiyasına, suverenliyinin itirilməsinə gətirib çıxarır. Ermənistanda qələbə qazanan millətçilik meyilləri qanqren kimi milləti içindən aşındırır və ölkəni kiçik bir coğrafi nöqtəyə çevirir. Bu təhlükəli nöqtədən milli qürur hissini, doğma yurd sevgisini unudaraq dünyaya səpələnən erməni xalqı milli ləyaqət və erməni Tanrısına inam haqqında düşünməyərək yalnız düşmənçilik ruhunda övladlarını böyüdür və bu təhlükəli tendensiya bir-birini əvəzləyir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*