Türkmənistan prezidenti yenə nazirlərlə mini-futbol oynadıbackend

Türkmənistan prezidenti yenə nazirlərlə mini-futbol oynadı

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, baş nazir müavinləri, ölkənin hərbi və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə şənbə günü Aşqabadda Olimpiya şəhərciyinə səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər yayıb.

“Əziz Arkadağımız (Himayəndar), səhər tezdən öz adətinə uyğun olaraq paytaxtın Olimpiya şəhərciyində səhər fiziki məşqlər edib, müxtəlif idman növləri ilə məşğul olub”, – yerli telekanallar qeyd edir.

Berdiməhəmmədov, hökumət üzvləri və hüquq-mühafizə orqanlarının rəhbərləri fiziki məşqlər etdikdən sonra komandalara bölünərək mini-futbol oynayıblar.

Qeyd edək ki, bir həftə əvvəl ölkə rəhbərliyi Xəzər dənizinin Türkmənistan sahilində yerləşən Türkmənbaşı şəhərində (keçmiş Krasnovodsk) idman kompleksində eyni tərkibdə mini-futbol oynayıb. virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*