Yaxın gələcəkdə Ukraynada atəşkəs və ölkə üçün təhlükəsizlik təminatları ilə bağlı mühüm bəyanatlar gözləmək olar.
KONKRET.az xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
Onun sözlərinə görə, Donald Trampın Ukrayna ilə bağlı planı hazırda hazırlıq mərhələsindədir.
“Bu, şübhəsiz ki, ABŞ-ın Ukrayna işlərinə daha az müdaxiləsini nəzərdə tutan qərarlar olacaq”, – Tusk bildirib.