Tuskdan Merkel barədə şok sözlər: “Bağışlanmaz səhvə yol verdi”backend

Tuskdan Merkel barədə şok sözlər: "Bağışlanmaz səhvə yol verdi”

“Şimal axını-2” qaz kəmərinin inşası ilə bağlı qərarın qəbulu siyasi çəkili və iqtisadi cəhətdən güclü Almaniyanın eqoist istəkləri nəticəsində diqtə edilib.

KONKRET.az xəbər verir ki, bunu TVN24-ə müsahibəsində Polşanın sabiq baş naziri və Avropa İttifaqı Şurasının keçmiş prezidenti, hazırda Polşanın “Vətəndaş Platforması” partiyasının rəhbəri Donald Tusk bildirib.

Donald Tusk deyib ki, Merkel onunla söhbət zamanı bunun Avropa üçün pis qərar olduğunu söyləyib. “Bu bağışlanmaz bir səhvdir”, – deyən Tuskun fikrincə Almaniyada incikliyə ehtiyac yoxdur, çünki bu halda Polşa siyasi “izqoy” vəziyyətinə düşəcək.

“Həm Avropa İttifaqı Şurasının rəhbəri olaraq, həm də baş nazir olduğum dövrdə bu barədə dəfələrlə danışmışam – bu səhvdir, üstəlik bağışlanmaz səhv kateqoriyasındadır, çünki ciddi nəticələrlə doludur. Almaniyanın eqoist maraqlarından qaynaqlanan bir səhvdir”, – deyə D.Tusk “Şimal axını-2” qaz kəmərinin tikintisini şərh edərkən bildirib.

“Təkbətək söhbətlərdə Angela Merkel tez-tez bu qərarın Avropa İttifaqı üçün çox pis olduğunu, ilkin qərarın onun tərəfindən verilmədiyini, artıq tikintinin dayandırıla bilinməyəcək bir mərhələdə olduğunu deyirdi”, – deyən Donald Tusk ümumiyyətlə, “Şimal axını-2” qaz kəmərinin çəkilməsi qərarını mənfi qiymətləndirdiyini gizlətməyib.

O, daha sonra deyib: “Hesab edirəm ki, bu, bütövlükdə Aİ-nin maraqlarına ziddir, bu barədə təkcə Polşa və Ukrayna danışmır, bunu hamı bilir”.

Polşanın keçmiş baş naziri müsahibəsində Almaniyanın Avropadakı eqoist davranışının çox ciddi nəticələrə səbəb olduğunu izah edib. Bunun Almaniya iqtisadiyyatının böyüklüyünə və qlobal mövqeyinə bağlı olduğunu vurğulayıb. “Bu mövzuda heç bir bəraət ola bilməz”, – deyə o qeyd edib. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*