Tvitter əməkdaşlarının yarısı işdən çıxdıbackend

Tvitter əməkdaşlarının yarısı işdən çıxdı

Tvitter əməkdaşlarının yarısı işdən çıxmaqla bağlı qərar qəbul edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin sahibi İlon Musk son zamanlar tviterdə kütləvi ixtisarlara əl atıb.

Belə ki, Musk dünən gecə yarısı əməkdaşlarına elektron məktub göndərib.

Elektron məktubun məzmunu Amerikanın “Vaşinqton Post” qəzetində çap olunub.

Bildirilib ki, İlon Mask olduqca radikal addımlara əl atıb.

İki həftədən çoxdur ki, platformaya sahib olan milyarder iş adamı şirkəti təhvil alan kimi tviterin heyətini tam olaraq dəyişməyi hədəfləyib.

Bununla belə, tviterin bəzi yüksək səviyyəli rəhbərlərinin də istefa verdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*