“Twitter” jurnalistlərin hesablarını BLOKLADIbackend

"Twitter" jurnalistlərin hesablarını BLOKLADI

“Twitter” sosial şəbəkəsinin rəhbərliyi aparıcı Amerika mediasından bir neçə jurnalistin hesablarını dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkənin rəhbərliyi “CNN”, “The Washington Post”, “The Intercept” və “Mashable”ın müxbirlərinin, eləcə də bir neçə müstəqil jurnalistin hesablarını bloklayıb.

“Şəxsi məlumatların zərərli niyyətlə yayılması ilə bağlı jurnalistlərə də hamıya aid olduğu kimi eyni qaydalar tətbiq edilir”, – deyə biznesmen bildirib.

Qeyd olunub ki, çərşənbə günü “Twitter” Maskın şəxsi təyyarəsinin hərəkətləri haqqında məlumat yerləşdirən hesabı bloklayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*